Azərbaycanda icra başçısı vətəndaşlarla ağac əkdi - FOTO

Azərbaycanda icra başçısı vətəndaşlarla ağac əkdi - FOTO

Hazırda oxunan: Azərbaycanda icra başçısı vətəndaşlarla ağac əkdi - FOTO

52487

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə iməclik və ağacəkmə aksiyası təşkil olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aksiya Gəncəçay çayının məcrası və sol sahilini, habelə şəhərin digər ərzilərini əhatə edib.

İməclik işləri zamanı Gəncəçay çayının məcrası məişət və digər tullantılarından təmizlənib. Yığılan tullantılar xüsusi avtomobillər vasitəsilə ərazidən daşınıblar.

Gəncəçay çayının sol sahilində, M.Bürcəliyev küçəsində yerləşən parkda da təmizlik və abadlıq işləri görülüb. Parkın ərazisi qurumuş ot və yarpaqlardan təmizlənib, burada olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibləri bellənib, yeni ağac və gül kolları əkilib.

Şair-dramaturq Abbas Səhhətin park ərazisində olan məzarının ətrafı abadlaşdırılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov işlərin gedişatı ilə yerində tanış olub, təşkil olunan ağacəkmə aksiyasında iştirak edib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO