Daha Gürcüstandan üzüm tingi almayacağıq – SƏBƏBİ ÖZƏL - FOTO

Daha Gürcüstandan üzüm tingi almayacağıq – SƏBƏBİ ÖZƏL - FOTO

Hazırda oxunan: Daha Gürcüstandan üzüm tingi almayacağıq – SƏBƏBİ ÖZƏL - FOTO

52428

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi mediatur çərçivəsində jurnalistlər Şamaxı Üzüm Tingçilik Mərkəzində olublar. 

"Tingçilik məntəqəsində əvvəl tinglər calaq olunur, daha sonra istixanada becərilir, havada 21 dərəcə istilik olduqda onu torpağa köçürdürük".

Bu barədə Bizim.Media Şamaxı təcrübə stansiyasının direktoru Hüseynov Ramiz bildirib.

O, qeyd edib ki, becərilən tinglər daha sonra sahibkarlara satılır:

"Daha sonra tinglər sahibkarların sifarişi əsasında onlara çatdırılır. Bu Tingçilik məntəqəsinin analoqu yoxdur. Bu həm də xaricdən gətirilən tinglərdə gələn xəstəliklərinin qarşısını alır. Burada hazırlanan tinglər tam sağlamdır".

R.Hüseynov tinglərin hazırlanma prosesindən də danışıb:

"Əvvəl tinglər xüsusi aparatla kəsilir və calaq olunur. Daha sonra isə calaq hissələri parafinlənir və istixanada torpağa əkilən qədər becərilir".

Mərkəzin direktoru həmçinin qeyd edib ki, 3 aydan sonra tinglər istifadə edilmək üçün hazır olur. 

"Əvvəllər tinglər Türkiyə, Gürcüstandan gətirilirdi, bundan sonra isə öz istehsalımız olacaq. Bu isə dövlət büdcəsinə milyonlarla vəsait gəlir əldə etməsinə şərait yaradacaq".

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO