Dövlət Sərhəd Xidməti əməliyyat keçirdi - Saxlanılanlar var

Dövlət Sərhəd Xidməti əməliyyat keçirdi - Saxlanılanlar var

Hazırda oxunan: Dövlət Sərhəd Xidməti əməliyyat keçirdi - Saxlanılanlar var

52314

Dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı DSX-nın Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb.

Avtomobilə baxış zamanı sağ qapının saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər “marixuana” aşkarlanıb.

Saxlanılmış şəxslərin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO