“Mən də xəstəliyə inanmırdım, elə bilirdim şoudur” - Bəhram

“Mən də xəstəliyə inanmırdım, elə bilirdim şoudur” - Bəhram

Hazırda oxunan: “Mən də xəstəliyə inanmırdım, elə bilirdim şoudur” - Bəhram

5228

“Açığı mən Covid-19 pandemiyası başlayanda bu vəziyyəti çox ciddiyə almırdım, bir növ inanmırdım. Elə bilirdim ki, bu şoudur. Daha sonra özüm bu xəstəliyə yoluxanda, hər şeyin nə dərəcədə ciddi olduğunu anladım. 20 gün komada, ümumi 52 gün reanimasiyada praktiki olaraq, tabutda yatarkən vəziyyətin məsuliyyətini tam dərk etdim. Mən bu xəstəlikdən çox əziyyət çəkdim, indiyə qədər də bu davam edir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib. Koronavirus xəstəliyindən ciddi əziyyət çəkən bir insan kimi o, mütləq şəkildə qaydalara əməl etməyin vacibliyini vurğulayıb.

“Çoxları indiyə qədər bu xəstəliyə inanmır. Ancaq çox xahiş edirəm, onlar öz valideynlərini, övladlarını və ailələrini düşünsünlər. Çünki ailələrindən kimsə xəstələnsə, bu səbəbdən vəfat etsə, qaydalara riayət etmədiklərinə görə, çox peşman olacaqlar. Onlar bir şey bilməlidirlər ki, əgər bu xəstəlik geometrik proqressivliklə ilə artıb çoxalsa, 10 milyonluq xalq bir ilin içində məhv ola bilər”,- deyə o, qeyd edib.

B. Bağırzadə xəstəlikdən uzun müddət əziyyət çəkdiyini və müalicə müddətində bir çox çətinliklərdən keçdiyini də bildirib.

“Mən düz 4 ay bu xəstəlikdən əziyyət çəkdim. Müalicə müddətində çox çətinliklə üzləşdim. 20 kiloqram arıqladım, demək olar ki, bütün əzələlərim yox səviyyəsində idi. Hazırda müalicəm artıq bitib, özümü yaxşı hiss edirəm. Çalışıram özümü və yaxınlarım tam qoruyum. Buna görə, bütün qaydalara əməl edirəm”. 

Sonda əməkdar artist saytımız vasitəsilə insanlara müraciət edərək, onlara tövsiyyələrini çatdırıb. 

“Millətimdən artıq dərəcədə xahiş edirəm ki, maksimum dərəcədə özlərini qorusunlar. Dünya səhiyyə təşkilatının qoyduğu qaydalara əməl etsinlər. Sosial məsəfəni qoruyub, gigiyenik qaydalara riayət etsinlər. Çoxlu dua edib, ailələrini, yaxınlarını qorusunlar. Allah millətimizi qorusun!”,- deyə B.Bağırzadə vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO