Avtomobillə piyadaları vurub qaçan sürücülər saxlanıldı

Avtomobillə piyadaları vurub qaçan sürücülər saxlanıldı

Hazırda oxunan: Avtomobillə piyadaları vurub qaçan sürücülər saxlanıldı

52259

Bakıda avtomobillə piyadaları vuraraq qaçan sürücülər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dekabrın 23-də saat 8 radələrində Nəsimi rayonunun Bakıxanov küçəsində yolu keçən Bakı şəhər sakini Ş.Rəsulova müəyyən edilməmiş avtomobillə vurulub.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ü.Mahmudov saxlanılıb.

Dekabrın 23-də saat 13 radələrində Nəsimi rayonunun Bakıxanov küçəsində yolu keçən Bakı şəhər sakini S.Məmmədli müəyyən edilməmiş avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Cumayev ələ keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO