Ağdaşda kişini döydülər, qadını hədələdilər – DƏSTƏ ÜZVLƏRİ tutuldu

Ağdaşda kişini döydülər, qadını hədələdilər – DƏSTƏ ÜZVLƏRİ tutuldu

Hazırda oxunan: Ağdaşda kişini döydülər, qadını hədələdilər – DƏSTƏ ÜZVLƏRİ tutuldu

52091

Ağdaşda kişi döyülüb, qadın hədələnib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə Aşağı Ləki kəndi ərazisində 3 nəfərin kənd sakini S.Soltanovu döyərək 1800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılıblar.


Ətraflarında aparılan əməliyyat tədbirləri ilə F.Nəbiyev və Z.Mirhəsənovun noyabrın 21-də kənd sakini olan bir qadını hədələyərək 1 000 manat pul tələb etmələri də müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO