Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

52071

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar səhər saat 11:00-a olan məlumata əsasən Quba-Qusar bölgəsində qeydə alınıb.

Belə ki, düşən yağıntının miqdarı Qusarda 31.0 mm (aylıq normanın 86 %-i) olub. Bakıda və Abşeron yarımadasında sulu qar müşahidə edilib.

Qubada 8.0 mm, Xaçmaz, Neftçalada 7.0 mm, Astara, Lerikdə 5.0 mm, Şabranda 4.0 mm, Altıağacda 3.0 mm, Yardımlı, Qrızda 2.0 mm, Lənkəran, Sarıbaş (Qax), Biləsuvar, Salyan, Cəfərxan, Sabirabad, Şamaxı, Qobustan, Göytəpə, Xaltanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 5.0 mm, Bakı, Maştağada 4.0 mm, Binədə 3.0 mm, Sumqayıtda 2.0 mm, Neft Daşları, Çilov adasında 1.0 mm-dək olub.

Qar örtüyüyün hündürlüyü: Qrız-Qudyalçayda 20 sm, Daşkəsəndə 15 sm, Xınalıqda 15 sm, Qrızda 14 sm, Göygöldə 13 sm, Quba, Qusar, Xaltanda 10 sm, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8 sm, Altıağacda 6 sm, Şabranda 3.0 sm olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO