Qubada bu yollar buz bağladı - 17 dərəcə şaxta var - FOTO

Qubada bu yollar buz bağladı - 17 dərəcə şaxta var - FOTO

Hazırda oxunan: Qubada bu yollar buz bağladı - 17 dərəcə şaxta var - FOTO

52058

Bu gecə şimal bölgəsində ən yüksək şaxtalı hava qeydə alınıb.

Quba ərazi hidrometerolgiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, Qubanın Qrız kəndində 17 dərəcə şaxta müşahidə edilib.

Mənfi temperatur Xınalıqda 14, Qusarın Həzrə kəndində 8 dərəcə təşkil edib. Quba, Qusar rayonlarının avtomobil yolları buz bağlayıb.

Quba-Xınalıq, Quba-Qonaqkənd, Quba-Zərqava avtomobil yollarında  nəqliyyatın hərəkəti çətinləşib. Demək olar ki, həmin istiqamətdən Qubanın rayon mərkəzinə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yol təsərrüfatı işçiləri yolların qardan təmizlənərək qum-çınqıl tökülməsini təmin etsələr də şaxta səbəbindən hərəkət çətinləşib.

Quba Dövlət Yol Polisi sürücülərə belə havada zəruri olmayan hallarda nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyyə edir.

Yolların təhlükəsizliyi üçün tədbirlər davam edir.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO