Azərbaycanda rütbəli şəxs sərxoş halda qəza törətdi, yaralı var - FOTO

Azərbaycanda rütbəli şəxs sərxoş halda qəza törətdi, yaralı var - FOTO

Hazırda oxunan: Azərbaycanda rütbəli şəxs sərxoş halda qəza törətdi, yaralı var - FOTO

52046

Novxanı-Binəqədi şosesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, qəza Novxanı qəsəbəsində baş verib.

1986-cı il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb.

Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində “KİA Rio” markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.

Qeyd edək ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.(APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO