Rövşən Əkbərovun apellyasiya şikayəti üzrə məhkəməsinə jurnalistlər buraxılmadı

Rövşən Əkbərovun apellyasiya şikayəti üzrə məhkəməsinə jurnalistlər buraxılmadı

Hazırda oxunan: Rövşən Əkbərovun apellyasiya şikayəti üzrə məhkəməsinə jurnalistlər buraxılmadı

51955

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə jurnalistlər buraxılmayıb.

Məhkəmədə R. Əkbərovun anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Qeyd edək ki, Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rövşən Əkbərovun general rütbəsi niyə alınmayıb? – BAŞ PROKUROR açıqladı


Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə R. Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO