Qış fəslinin ilk günü şimal bölgəsi rayonlarına - Qusar, Quba və Xızıya qar yağıb.
Quba ərazi hidrometerologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar 25 sm olmaqla Qubanın Qrız kəndinə düşüb, Xınalıqda isə qarın hündürlüyü 17 sm təşkil edir.
Qarın yağması həm şaxtalı hava ilə müşahidə edilib. Ən çox şaxta Qrız kəndində qeydə alınıb -7,8 dərəcə. Xınalıqda isə -7,4 dərəcə şaxta qeydə alınıb.
Quba və Qusarın rayon mərkəzlərində isə qarın hündürlüyü 5 sm təşkil edib. Xızının Altıağac qəsəbəsinə isə 6 sm qar yağıb.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:59 / 22.12.2021
Şimal bölgəsinə qar yağdı - FOTO
Hazırda oxunan: Şimal bölgəsinə qar yağdı - FOTO
Hazırda oxunan: Şimal bölgəsinə qar yağdı - FOTO
51870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.