Bakıda məşhur “Qoç ət” restoranında baş verən yanğın söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti yayıb.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda “Qoç ət” restoranı yanır - FOTO
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, yanğın zamanı 3 nəfər xəsarət alıb.