DİQQƏT: Yanvarın 1-dən ən az maaş 300 manat olacaq

DİQQƏT: Yanvarın 1-dən ən az maaş 300 manat olacaq

Hazırda oxunan: DİQQƏT: Yanvarın 1-dən ən az maaş 300 manat olacaq

51802

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, işgötürənlərdən 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə dəyişiklik edilməsi tələb edilib.

İş yerlərində əməkhaqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.

"Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir", -deyə müraciətdə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO