“Lotu Quli”nin yaxın adamı başından güllələndi - VİDEO

“Lotu Quli”nin yaxın adamı başından güllələndi - VİDEO

Hazırda oxunan: “Lotu Quli”nin yaxın adamı başından güllələndi - VİDEO

51793

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı kəndində Türkiyədə qətlə yetirilən qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından hesab olunan şəxs güllələnib.

Bizim.Media xəbər verir ki, hadisə Qardabani rayonunun Qaratəhlə kəndində baş verib.

Kriminal aləmdə Təhləli Canpolad kimi tanınan şəxs "Range Rover" markalı avtomobillə gedərkən ona 20-dən artıq atəş açılıb. Bu zaman avtomobildə olan kriminal avtoritet ağır yaralanıb. 

Yaralı təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılaraq, təcili əməliyyat olunub. Xəstənin vəziyyətinin ağır olduğu deyilir.  

Hazırda Qaratəhlə kəndində hadisə yerində ekspert kriminalistlər işləyir, hücumun motivi məlum deyil. Lakin yerli sakinlər hadisənin qisas zəmnində baş verdiyini ehtimal edirlər.

Gürcüstan Daxili İşlər Nazirliyindən qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO