Narkotikin təsiri altında qəza törədən şəxs həbs edildi - FOTO

Narkotikin təsiri altında qəza törədən şəxs həbs edildi - FOTO

Hazırda oxunan: Narkotikin təsiri altında qəza törədən şəxs həbs edildi - FOTO

0:00
0:00
51774

Narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ-2105” markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib.

Nəticədə daha 3 nəqliyyat vasitəsinə - “VAZ-21154”, “VAZ-21063” və “Mercedes-Benz” markalı avtomobillərə ciddi ziyan dəyib.

E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO