13-19 dekabrın tarixlərində Bakı şəhərində yol hərəkətinin təşkili, eləcə də əlçatanlığın təmin olunması ilə bağlı tədbirlər davam etdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Bakı Nəqliyyat Agentliyi yayıb.
Mənbə yazır ki, həftə ərzində 3 yeni kəsişmədə sarı kəsişmə toru nişanlanması təşkil edilib.
Nəticədə yol hərəkəti işitrakçılarının rahatlığı və təhlükəsizliyi təmin edilib. 11 küçə və prospektdə 100 yaxın yol nişanı quraşdırılıb. Bununla da həmin ərazilərdə yol nəqliyyat hadisələrinin başvermə riski azaldılıb. Vətəndaş müraciətləri nəzərə alınmaqla 3 küçədə 13 eynisəviyyəli piyada keçidi təşkil edilib.10 küçədə isə eynisəviyyəli piyada keçidləri yenilənib.
Görülən bu işlər sayəsində yol şəraiti yaxşılaşdırılıb, piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin başvermə riski azalıb.
6 küçədə təhlükəsizlik tumbaları quraşdırılmaqla səki boyunca qanunsuz parklanma halları aradan qaldırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 21.12.2021
BNA-dan yol nişanları ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: BNA-dan yol nişanları ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: BNA-dan yol nişanları ilə bağlı AÇIQLAMA
51748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.