Moderator.az--ın məlumatına görə, prezident İlham Əliyevin kürəkəni əkiz oğlanları Əli və Mikayıl ilə Türkiyədə dincəlir. Müğənni sosial şəbəkədə övladları və atası Araz Ağalarov ilə birlikdə çəkdirdiyi fotoları paylaşıb. Lüks yaxt ilə İstanbulda dənizin üzərində dincələn ailə üzvlərinin şəkilləri maraqla qarşılanıb.
Oğlanlarının çimərlik geyimində olarkən görüntülənən fotoları xüsusən maraq oyadıb.








































































































