“Təhsil prosesi o vaxt effektli işləyir ki, hamı öz işini düzgün görür. Hər il biz onlarla direktoru bu və ya digər nöqsanlarına görə, işdən azad edirik".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
"Rayon təhsil şöbələri ləğv edilməyib" – NAZİR
Nazir bildirib ki, hansısa bir ucqar kənddə baş verən prosesin əsas iştirakçısı müəllimdir, Təhsil Nazirliyi deyil:
"Forma dəyişikliklərindən yox, mahiyyət dəyişikliklərindən danışmalıyıq. Direktoru kimin təyin etməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, işimizi şəffaf quraq. Məktəb rəhbərinin də mövqeyini başa düşmək lazımdır. 1500-1700 nəfəri idarə edirsə, hər hansısa bir problemin səbəbkarı olma ehtimalı böyükdür".
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:01 / 21.12.2021
"Hər il onlarla direktoru nöqsanlarına görə işdən azad edirik" – Təhsil naziri
Hazırda oxunan: "Hər il onlarla direktoru nöqsanlarına görə işdən azad edirik" – Təhsil naziri
Hazırda oxunan: "Hər il onlarla direktoru nöqsanlarına görə işdən azad edirik" – Təhsil naziri
51692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.