Bakıda müəllim və şagirdlərin sayı açıqlandı

Bakıda müəllim və şagirdlərin sayı açıqlandı

Hazırda oxunan: Bakıda müəllim və şagirdlərin sayı açıqlandı

51671

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-dən Bizim.Media-ya bildirilib ki, idarənin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.

Qeyd olunub ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO