Milli Məclis “Media haqqında” yeni qanunu QƏBUL ETDİ – II oxunuşda

Milli Məclis “Media haqqında” yeni qanunu QƏBUL ETDİ – II oxunuşda

Hazırda oxunan: Milli Məclis “Media haqqında” yeni qanunu QƏBUL ETDİ – II oxunuşda

51586

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Media haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, müzakirələrdən sonra lahiyə II oxunuşda qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Maliyyə Nazirliyi ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ


Müzakirələrdə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov və agentliyin rəsmiləri iştirak ediblər.

Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Layihə 9 fəsil 78 maddədən ibarətdir.

Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Milli Məclisdə “Media haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə video rolik hazırlanıb. Süjetdə Azərbaycanın aparıcı media qurum rəhbərləri və tanınmış jurnalistlərlə parlament arasında keçirilən  qanun layihəsinə dair müzakirələr yer alıb. 

Video rolik tezliklə ictimaiyyətə təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO