Zəngilanda meşə massivi salınır, 30 min ağac əkiləcək - FOTO

Zəngilanda meşə massivi salınır, 30 min ağac əkiləcək - FOTO

Hazırda oxunan: Zəngilanda meşə massivi salınır, 30 min ağac əkiləcək - FOTO

51574

Yaxın aylar ərzində Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan şəhərinin yaxınlığında 30 min ağac əkiləcək. Artıq dekabrın 17-dən bu meşə massivinin salınmasına start verilib. 

Bizim.Media xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev “Facebook” hesabında açıqlayıb.

Onun sözlərinə görə, layihə çərçivəsində Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, üçtikanllı lələk (şeytan ağacı, keçibuynuzu) və Şərq çinarı əkilməsi nəzərdə tutulur. 

Qeyd olunmalıdır ki, dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır.

Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır. Layihənin 2022-ci ilin payızında yekunlaşdırılması planlaşdırılır. 

“Xüsusən qeyd etmək istərdim ki, layihə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər nazirliyinin birgə təşkilatçılığı “Zəfərdən Dirçəlişə” adı altında həyata keçirilir. Dekabrın 17-də layihənin ilkin mərhələsində 1000 ədəd ağac əkilib. 

Tədbirə Ekologiya və Təbii Sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar Babayev və bu layihəyə dəstək olan donor şirkətlər də qatılıb”, - deyə Rəhman Hacıyev bildirib.

Hər kəsi bu mühüm aksiyalara qoşulmağa dəvət edən Fond sədri yaxın gələcəkdə bu tipli layihələrin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Bizim.Media


































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO