Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər – Danışıqlar gedir

Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər – Danışıqlar gedir

Hazırda oxunan: Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər – Danışıqlar gedir

0:00
0:00
51567

Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilməsi məsələsi müzakirə olunur.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İşsizlikdən sığorta haqqı 5 dəfə ARTIRILIR


O bildirib ki, gələcəkdə öz ərizəsi ilə çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər:  

“Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq”.

Komitə sədri pandemiya dövründə Azərbaycanda 267 900 nəfərin öz ərizəsi ilə işdən çıxarılmasına isə belə münasibət bildirib:

“Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. Onu da vurğulayım ki, bu müddət ərzində 387 min insan isə işə qəbul olunub”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO