“Dərsliyin hansısa səhifəsində gülməli şəkli tapıb müzakirə etməyi yaxşı bacarırıq” – EMİN ƏMRULLAYEV 

“Dərsliyin hansısa səhifəsində gülməli şəkli tapıb müzakirə etməyi yaxşı bacarırıq” – EMİN ƏMRULLAYEV 

Hazırda oxunan: “Dərsliyin hansısa səhifəsində gülməli şəkli tapıb müzakirə etməyi yaxşı bacarırıq” – EMİN ƏMRULLAYEV 

51523

“Klassik nöqteyi nəzərdən bir çox metodik məsələləri layihə formatına gətirib təhsil institutunun çərçivəsində uyğun həllər tapa bilmişik. Bu mənada ehtiyat dərslik konsepsiyası məzmun baxımından artıq özünü doğruldub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun 90 illik yubileyi ilə əlaqədar “Təhsil İnstitutu - 90” adlı vebinarlarda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil İnstitutunun 90 illik yubileyi qeyd olunur - FOTO


Dərsliyin Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzu olduğunu vurğulayan nazir məzmun məsələsinə toxunub:

“Dərsliyin daha çox zahiri görünüşü müzakirə olunur. Amma onun mahiyyəti üzrə müzakirəsi çox azdır. Biz daha çox dərsliyin hansısa səhifəsində gülməli şəkli tapıb sosial şəbəkələrdə müzakirə etməyi yaxşı bacarırıq. Amma məsələn, riyaziyyat fənni üzrə uşaqlara rəqəmləri və ədədləri nə vaxt, nə dərəcədə öyrətmək düzdür müzakirəsinin aparılması yadıma gəlmir. Çünki bu, özü-özlüyündə çox ciddi metodik sualdır ki, daha çox buna yönəlməliyik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO