Ödənişli yolla bağlı XƏBƏR VAR – Sadə vətəndaşlar üçün pulsuz olacaq?

Ödənişli yolla bağlı XƏBƏR VAR – Sadə vətəndaşlar üçün pulsuz olacaq?

Hazırda oxunan: Ödənişli yolla bağlı XƏBƏR VAR – Sadə vətəndaşlar üçün pulsuz olacaq?

51512

Bakı-Quba yolunun ödənişli hissəsinin təmiri davam edir. Yolun 2022-ci il ərzində yekunlaşması nəzərdə tutulub. 

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli verib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın ilk pullu yolu istifadəyə verilir – Məbləğ nə qədərdir? 


Onun sözlərinə görə 150 km-lik ödənişli ilk beton yolun 30 kilometr hissəsi tam yekunlaşıb, 60 kilometr hissəsində isə işlər davam etdirilir:

“Təmir mərhələli şəkildə aparılır. Yolun tarifi hələki müəyyənləşməyib. Ödənişli yolun qiyməti barədə nəsə demək tikinti işlərinin yekunlaşmasından sonra mümkün olacaq”. 

Xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov sözügedən məsələ ilə bağlı son açıqlamasında Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin 2022-ci ilin may ayına qədər təhvil veriləcəyini demişdi. 

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, pullu yollar əsas iki amillə ölçülməlidir:

“Sahəsi, uzunluğu və həmin yolla hərəkət edən nəqliyyat vasitəsinin növündən asılı olmalıdır. Minik avtomobillərinə ayrı, yük avtomobilləri və sərnişin daşıyan avtobuslara isə fərqli tarif müəyyənləşməlidir. Təşkilat, idarə və hüquqi şəxslər üçün həmin yoldan istifadə pullu olmalıdır.
Fiziki şəxslər və sadə vətəndaşlar üçün isə minik avtomobilinə görə həmin yoldan istifadə pulsuz olsa yaxşı olar. Ümumiyyətlə ödənişli yolun tarifi minimum əmək haqqına uyğun müəyyənləşdirilməlidir. Necə ki, bəzi rüsum və vergilər də Azərbaycanda minimum əmək haqqına əsaslanaraq hesablanır. Konkret qiymətə gəlincə isə, yol tam hazır olandan sonra, sahəsinə və uzunluğuna görə demək mümkündür. Hətta yolun neçə zolaqlı olması da qiymət amilinə təsir edən məsələdir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO