15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsi yeni qaydalarla veriləcək

15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsi yeni qaydalarla veriləcək

Hazırda oxunan: 15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsi yeni qaydalarla veriləcək

51504

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media-nın xəbərinə görə, dəyişikliklə 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək.

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur

Digər bir dəyişiliklə həmin vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.

Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO