Astarada meşədə baş verən yanğın nəzarətə götürüldü

Astarada meşədə baş verən yanğın nəzarətə götürüldü

Hazırda oxunan: Astarada meşədə baş verən yanğın nəzarətə götürüldü

0:00
0:00
51489

Astara rayonunda baş verən meşə yanğını məhdudlaşdırılıb.

Bizim.Media-nın xəbər verir ki, yanğın gecə saatlarında rayonun dağlıq Pəlikeş inzibati ərazi vahidliyində üç istiqamətdə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Astarada dağ-meşə ərazisində yanğın başladı


Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Bundan başqa yerli sakinlər könüllü olaraq yanğının söndürülməsində iştirak edirlər. 

Əraziyə texnika çıxarmaq mümkün olmadığından yanğınsöndürənlər əl üsulu ilə yanğının qarşısını almağa səy göstərirlər.

Hazırda yanğın nəzarətə götürülüb, hava küləkli olduğundan bəzi yerlərdə yeni közərmələr davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO