Ünvanlı sosial yardımın verilməsi ilə bağlı DƏYİŞİKLİK olacaq

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı DƏYİŞİKLİK olacaq

Hazırda oxunan: Ünvanlı sosial yardımın verilməsi ilə bağlı DƏYİŞİKLİK olacaq

51316

“Ünvanlı sosial yardımla bağlı edilən 100 min müraciətdən 50 mininə müsbət cavab verilib. Azərbaycanda qurulan sistemin avtomatikliyi prosesdə insan faktorunun olmaması səbəbindən kifayət qədər yaxşıdır".

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.

S.Babayev qeyd edib ki, gələcəkdə sosial yardımın verilməsi ilə bağlı şərtlərin yumşaldılması nəzərdə tutulub:

"Kommunal tariflər artıb, buna görə müəyyən dəyişikliklər etməyi düşünürük. Ümumi mexanizmin dəyişilməsi isə hələ ki mümkün deyil. Çünki bu monipulyasiyalara, problemlərə gətirib çıxarır. Ölkədə bütün gəlirlər leqallaşandan sonra sosial yardım mexanimzi də dəyişilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO