Bakıda avtomobilə odlu silahdan atəş açan şəxs SAXLANILDI - Əlif Hacıyevin qardaşı imiş

Bakıda avtomobilə odlu silahdan atəş açan şəxs SAXLANILDI - Əlif Hacıyevin qardaşı imiş

Hazırda oxunan: Bakıda avtomobilə odlu silahdan atəş açan şəxs SAXLANILDI - Əlif Hacıyevin qardaşı imiş

51266

Bakıda avtomobilə odlu silahdan atəş açılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma aparılır.

Qeyd edək ki, R.Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO