“Mexaniki sayğacların biri 16 dollara çıxır. Smart sayğaclar isə bundan 3 dəfə baha başa gəlir. Artıq yerli sayğacların istehsalına başlanacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev mətbuat nümayəndələri ilə görüşündə qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
50 yaşayış binasına “ağıllı” qaz sayğacı QURAŞDIRILIB – Ruslan Əliyev
O, yerli sayğacların istehsalı üçün “Gəncə Cihazqayırma Zavodu" ASC ilə memarundum imzalandığını bildirib:
“Artıq orada fəal işlər gedir. Sayğaclarımızı yaxın gələcəkdə “Gəncə Cihazqayırma Zavodundan götürəcəyik. Yaxın günlərdə zavod bizə nümunə təqdim edəcək və bundan sonra yeni mərhələ başlayacaq”.
Alçina Amilqızı, Bizim.Media