“Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.
Toplantıda iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini müzakirə edir
Müzakirələrin sonunda “Media haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bizim.Media
***
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda birgə iclası keçirilir.
Bizim.Media xəbər verir ki, toplantıda "Media haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunur.
MÖVZU İLƏ BAĞLI:
Agentlikdən “Media haqqında” qanun layihəsi ilə bağlı səsləndirilən iddialara CAVAB
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak edirlər.
Bizim.Media