Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə yeni inşa olunmuş təlim mərkəzinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinə məruzə olunub ki, mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin, təlim-döyüş texnikasının yerləşməsi və fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub.
Xüsusi olaraq modelləşdirilmiş təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılaraq inşa edilib.
Burada müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, hərbi qulluqçuların döyüş hazırlığının daha da artırılması və peşakarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlim məşqləri ixtisaslı mütəxəssis-təlimatçılar tərəfindən həyata keçiriləcək.
Ümumqoşun atış sahəsinə baxış keçirdikdən sonra Müdafiə naziri bölmələrin nümayiş döyüş atışlarını izləyib.
General-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:12 / 17.12.2021
Azad edilən ərazilərdə ümumqoşun atış sahəsi açıldı – FOTO/VİDEO
Hazırda oxunan: Azad edilən ərazilərdə ümumqoşun atış sahəsi açıldı – FOTO/VİDEO
Hazırda oxunan: Azad edilən ərazilərdə ümumqoşun atış sahəsi açıldı – FOTO/VİDEO
51086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.