Keçmiş Milli Qəhrəmanı bıçaqlayan şəxsdən XƏBƏR VAR

Keçmiş Milli Qəhrəmanı bıçaqlayan şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Keçmiş Milli Qəhrəmanı bıçaqlayan şəxsdən XƏBƏR VAR

50985

Goranboy rayonunda qətl törətməkdə təqsirləndirilən Xaliq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media-nın xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

Qeyd edək ki, bu il sentyabr ayının 8-də Goranboy şəhərində X.Məmmədov Rasim Ağa oğlu Əkbərovu bıçaqlayıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.Hadisəni törətməkdə şübhəli bilinən X.Məmmədov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 1956-cı il təvəllüdlü R.Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri və Azərbaycanın Milli Qəhrəmanı olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO