Rusiyada qətl törədən azərbaycanlının cinayət işi Bakıya göndərildi

Rusiyada qətl törədən azərbaycanlının cinayət işi Bakıya göndərildi

Hazırda oxunan: Rusiyada qətl törədən azərbaycanlının cinayət işi Bakıya göndərildi

50974

03 aprel 2016-cı il tarixdə Rusiya Federasiyasının Lipetsk vilayətinin Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitalyeviçin öldürülməsi faktı ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini İsayev Rəşad Sərdar oğlu tərəfindən törədilməsi müəyyən edilib cə cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Nərimanov rayon prokurorluğu yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməninin Moskvada azərbaycanlı bilib öldürmək istədiyi həkim özbək çıxdı - ÖZƏL - VİDEO 


İstintaqla müəyyən edilib ki, Rəşad İsayev 03 aprel 2016-cı il tarixdə saat 01:00 radələrində Rusiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhəri, Turqenev küçəsi 30 ünvanda yerləşən “Veqas” kafesinin qarşısında tanışları ilə  hərəkətsiz vəziyyətdə olan avtomobilin salonunda işlək vəziyyətdə olan maqnitofonda ucadan ifa olunan mahnıların müşaiyəti ilə avtomobilin yanında rəqs edib.

Həmin vaxt “Veqas” kafesinə müştəri kimi gəlmiş Aleksandr Bessonov musiqi səsinin yüksək olması ilə əlaqədar onlara irad bildirib. Nəticədə aralarında mübahisə yaranıb.

Rəşad İsayev üzərində gəzdirdiyi bıçaqla Aleksandr Bessonovun sağ ayağına bir dəfə zərbə vurub. Zərərçəkən aparıldığı xəstəxanada ölüb.

Rəşad İsayevin yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi tam sübuta yetirilib və cinayət işi üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO