Dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3780 abituriyent qeydiyyatdan keçib. İmtahanlar dekabrın 19-da Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində ümumilikdə 25 binada təşkil olunacaq.
MÖVZU İLƏ BAĞLI:
DİM-in imtahan nəticələri işlə təminata əsas vermir – Dövlət qulluğuna düşmək üçün NƏ ETMƏLİ?
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir.
Bizim.Media