Bakıda bu avtobuslar tıxacda qaldı – FOTO

Bakıda bu avtobuslar tıxacda qaldı – FOTO

Hazırda oxunan: Bakıda bu avtobuslar tıxacda qaldı – FOTO

50902

Hazırda paytaxt yollarında, xüsusəndə əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də bir sıra istiqamətlər üzrə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var.

Bizim.Media xəbər verir ki, bu barədə BNA-dan məlumat verilib.

Məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir.
 

Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxac qalıb və hərəkət qrafikindən gecikir.


Ziya Bunyadov prospektində 20 yanvar istiqamətdə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Bakı Sumqayıt şossesi mərkəz istiqamətdə. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO