Cəlilabadda İcra Hakimiyyətinin əməkdaşı intihar etdi

Cəlilabadda İcra Hakimiyyətinin əməkdaşı intihar etdi

Hazırda oxunan: Cəlilabadda İcra Hakimiyyətinin əməkdaşı intihar etdi

5075

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib.

Bizim.Media xəbər verir ki, RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb.

Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib.

Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.(Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO