“8 Noyabr\

“8 Noyabr\" stansiyası hansı istiqamətə gedəcək? - AÇIQLAMA

Hazırda oxunan: “8 Noyabr\" stansiyası hansı istiqamətə gedəcək? - AÇIQLAMA

5066

Bakıda Vətən Müharibəsində qazandığımız qələbənin şərəfinə yeni "8 Noyabr" adlandırılan metrostansiyası yaxınlarda fəaliyyətə başlayacaq. Bu çox güman ki, sərt karantin rejimi bitdikdən sonra mümkün olacaq.

Bu xəbəri Bizim.Media-ya Bakı Metropolitenin QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, stansiya hələ yenidir. İşlər tamamlanmayıb. Yaxın vaxtlarda stansiyanın bütün detaları haqqında ictimaiyyətə geniş məlumat veriləcək:

“Hələlik onu deyə bilərik ki, “8 Noyabr" stansiyası Bənövşəyi xəttin 3-cü stansiyası olacaq.

Yəni qatarlar Bənövşəyi xəttin 3-cü stansiyası üzrə, “Avtovağzal”, “Memar Əcəmi” və nəhayət, “8 Noyabr” -a doğru hərəkət edəcək.

Stansiyanın istismara tam hazır olması üçün indi son tamamlama işləri aparılır. 

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO