Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə hökm oxunub.
Daxili İşlər Nazirliyindən Bİzim.Media-ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirib.
Nəticədə əcnəbi vətəndaş olan 1 qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI
Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən, M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bİzim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:17 / 14.12.2021
Əcnəbiləri məcburi işlədən şəxs həbs edildi - Zərdaba aparıb və...
Hazırda oxunan: Əcnəbiləri məcburi işlədən şəxs həbs edildi - Zərdaba aparıb və...
Hazırda oxunan: Əcnəbiləri məcburi işlədən şəxs həbs edildi - Zərdaba aparıb və...
50524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.