Bu bürclərin qəlbləri daşdır, sevə bilmirlər - SƏBƏBLƏR

Bu bürclərin qəlbləri daşdır, sevə bilmirlər - SƏBƏBLƏR

Hazırda oxunan: Bu bürclərin qəlbləri daşdır, sevə bilmirlər - SƏBƏBLƏR

50473

Elə isnanlar var ki, həyatlarını sevgisiz təsəvvür etmirlər. Digərləri də var ki, sevmək onlar üçün yaddır. Onlar daha çox yaxın insana mərhəmətə kökləniblər. 

Bizim.Media xəbər verir ki, rus astroloq Anna Zorinanın fikrincə, bürclər heç də kitablarda təsvir olunan kimi sevmirlər:

Dolça

Özlərini azad hiss etməyi sevirlər. Məsuliyyətsiz sevgi onları daha çox cəlb edir. Tərəf müqabillərinə hər zaman kömək edə bilərlər, amma özlərinə qarşı pis rəftara dözməzlər. Dolçalar yalnız münasibətin əvvəlində romantik emosiyalar keçirir və ehtiras soyuyan kimi darıxmağa başlayırlar.

Əqrəb

Yaxşı tanımadıqları ilə çox sərt ola bilərlər. Uzunmüddətli vurulurlar və evlilikdə qəfil soyuq olmağa da qadirdirlər. Hisslərini göstərməyi bacarırlar. Amma onların tərəf müqabili böyük səbr sahibi olmalıdır.

Xərçəng

Eşqə düşmürlər. Sadəcə olaraq ailə üçün münasib insan tapırlar. Romantika onları ancaq ünsiyyətin əvvəlində maraqlandırır. Toy və parlaq duyğulardan sonra bunu gözləməyə dəyməz. Buna baxmayaraq, qayğıkeş xərçənglər həmdəmini səmimi diqqətlə əhatə edib planlı yaşamağa məcbur edə bilərlər. 

Əkizlər

Romantik ola bilir və tez-tez sevgi etirafları etməkdən də utanmırlar. Eqoistdirlər. Tez-tez yalan danışır və digərlərindən çox xəyanət edirlər. Romantiklik əkizlərin xüsusiyyətidir, lakin münasibətlərin başlanğıcında. Zaman keçdikcə sıxılmaqları çoxalır.

Oğlaq

Onların sevgiyə sadəcə vaxtları yoxdur. Onlar tərəf müqabilləri üçün darıxdırıcı görünə, hətta kiminsə onu sevdiyini belə, unuda bilərlər. Ancaq öz işləri ilə məşğul olduqları üçün yaxınlarını da unudarlar. Həmdəminin istənilən duyğusal addımını vacibat kimi qəbul edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO