COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.
- Hamilə qadınlar
- Dağınıq skleroz
- Süd verən analar
Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq.
Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.
Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.
Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 13.12.2021
Bu şəxslərə "Əks-göstəriş sertifikatı” onlayn qaydada veriləcək - RƏSMİ
Hazırda oxunan: Bu şəxslərə "Əks-göstəriş sertifikatı” onlayn qaydada veriləcək - RƏSMİ
Hazırda oxunan: Bu şəxslərə "Əks-göstəriş sertifikatı” onlayn qaydada veriləcək - RƏSMİ
0:00
0:00
50434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.