“Qarant Sığorta”nın rəhbər işçisini öldürən şəxs  həbs edilib -Yenilənib

“Qarant Sığorta”nın rəhbər işçisini öldürən şəxs həbs edilib -Yenilənib

Hazırda oxunan: “Qarant Sığorta”nın rəhbər işçisini öldürən şəxs həbs edilib -Yenilənib

50432

“Qarant Sığorta”nın rəhbər işçisini öldürən şəxs  həbs edilib. Bu barədə Moderator. az-a Baş Prokurorluqdan məlumat verilib. 

Prokurorluqdan bildirilib ki, iyulun 11-də öz yaşadığı mənzildə vəhşicəsinə qətlə yetirilən “Qarant Sığorta”nın İdarə Heyətinin üzvü, departament rəhbəri 1983-cü il təvəllüdlü Natəvan Əliyevanı  Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da  qətlə yetirib. Qətl tamah  və soyğunçuluq məqsədi ilə həyata keçrilib. Qətli həyata keçirən şəxs etdiyi cinayəti boynuna alaraq  qətli hansı məqsədlə həyata keçirdiyi barədə istintaqa  ifadə verib. Saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.  Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.  



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO