Şabranda yarım əsrlik SU PROBLEMİ – İcra nümayəndəsi quyuya qurban dedi - VİDEO

Şabranda yarım əsrlik SU PROBLEMİ – İcra nümayəndəsi quyuya qurban dedi - VİDEO

Hazırda oxunan: Şabranda yarım əsrlik SU PROBLEMİ – İcra nümayəndəsi quyuya qurban dedi - VİDEO

50427

Şabran rayonunun Çayqaraqaşlı kəndində uzun illərdir - az qala yarım əsrdir ki, içməli su problemi yaşanır. Xəzər dənizinin yaxınlığında yerləşən kəndin sakinləri belə getsə, dəniz suyundan istifadə etməyə başlayacaqlar. Hələlik, sakinlərdən biri kənddən 12 km aralıda yerləşən Xəllilli kəndindən öz maşını ilə su gətirir və sakinlər həmin suyu pulla alırlar.

Bizim.Media-nın məlumatına görə, Çayqaraqaşlı kəndində 40 ildən artıqdır yaşanan su problemi hələ də həllini tapmayıb. 

Sakinlər içməli su problemi ilə bağlı danışmağa meyilli olmasalar da, Şabran İH başçısının Çöl Quşçu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Adıgözəl Əliyev məsələyə münasibət bildirib.

Nümayəndə 120 -yə yaxın təsərrüfatı, 600 sakini olan Çayqaraşlı kəndində içməli su probleminin mövcud olduğunu təsdiqləyib.

O bildirib ki, məsələ kəndin həqiqətən ağrılı yeridir, artıq problem çözülməyə başlayıb:

"Sakinlər icra başçısı Asif Hüseynov səyyar qəbul gələndə şikayətlərini çatdırıblar. Rayon rəhbəri mütəxəssislərlə məsləhətləşib kənddə 1970-ci illərin sonunda qazılmasına başlanılmış və yarımçıq qalmış kəşfiyyat quyusunun yenidən işlənilməsi məsələsini qaldırıb və quyu su verilişi üçün istismara hazırlanıb. Bütün işlər görülüb, elektrik xətti də çəkilib, təkcə sayğac quraşdırılması və sayğacın xəttə qoşulması qalıb. Bu işlərdən sonra quyu işə salınacaq. Çox böyük səbrsizliklə gözləyirik ki, quyudan su çıxsın, camaatın problemi həllini tapsın".

Bu məsələdə Milli Məclisin üzvü, Sadiq Qurbanovun da rayona köməklik etdiyini söyləyən icra nümayəndəsi Adıgözəl Əliyev həmin quyunun su verməsi üçün hətta "qurban” da deyib:

"Ürəkdən deyirəm, qoy o quyu su versin, mən heyvan kəsəcəyəm o quyunun yanında, illərdir su üzü görmür sakinlər".

Yeri gəlmişkən, qeyd edək ki, Çayqaraqaşlı kəndində Vətən Müharibəsi şəhidi Beyrək Aydəmirovun ailəsi də yaşayır.

Aytəkin Alxaslı, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO