Azərbaycanda qocalar üçün 9 mərtəbədən hündür bina inşa edilməyəcək – YENİ QADAĞA

Azərbaycanda qocalar üçün 9 mərtəbədən hündür bina inşa edilməyəcək – YENİ QADAĞA

Hazırda oxunan: Azərbaycanda qocalar üçün 9 mərtəbədən hündür bina inşa edilməyəcək – YENİ QADAĞA

50391

Azərbaycanda yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır.

Bizim.Media xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yaşayış binalarının ərazisində balıq satışına QADAĞA qoyuldu


Bundan başqa, sənədə əsasən, qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır.

Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO