Gəncədəki qətllə bağlı Prokurorluqdan AÇIQLAMA

Gəncədəki qətllə bağlı Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Gəncədəki qətllə bağlı Prokurorluqdan AÇIQLAMA

50372

Gəncə Şəhər Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə DƏHŞƏT: oğul atasını öldürüb həyətdə basdırdı


"10 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürmüş, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırmışdır.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO