Necə yatmaq lazımdır? - Dəri, ürək, onurğanız TƏHLÜKƏDƏDİR

Necə yatmaq lazımdır? - Dəri, ürək, onurğanız TƏHLÜKƏDƏDİR

Hazırda oxunan: Necə yatmaq lazımdır? - Dəri, ürək, onurğanız TƏHLÜKƏDƏDİR

50240

Oturanda beli əyməmək kimi məsləhətlər barədə çox eşitmisiniz. Amma hansı pozada uzanmaq, mürgüləmək və yatmaq da səhhətiniz üçün önəmlidir.

Bizim.Media xəbər verir ki, doğru vəziyyətdə yatmaq gözəllik kimi sağlamlığa da xeyirdir.

Qarını üstdə

Sağlamlıq və cavanlıq mövzusunda ən problemli yatmaq tərzidir. Bu pozada ilk ağrıyan onurğadır. Hətta döşəyin rahatlıq və keyfiyyət dərəcəsi önəmli deyil. Ağırlığa görə onurğada əyilmələr baş verir. Başınızı sağ və sola çevirdiyinizə görə boyun nahiyyəsi də əziyyət çəkir. Qan dövranının pozulması baş ağrılarına da səbəb ola bilər.

Əgər axşam yemək yemisinizsə, bu cür yatmaq həzm prosesinə də yaxşı heç nə vəd eləmir. Nəhayət, üzün dərisi əziyyət çəkir. Çünki onun üzərinə böyük təzyiq düşür. Belə yatmısınızsa, güzgüdəki əzik halınıza təəccüblənməyin.

Oturaraq

Ən yersiz yatmaq üsuludur. İctimai nəqliyyatda 2-3 dəqiqə mürgüləməyin qorxusu yoxdur. Amma uzaq məsafəli səyahətlərdə belə yatmaq ziyandır. Qan dövranı pozulur, əl və ayaqlarda keyləşmə yaranır. Boyun ağrıları çoxalır.

Böyürü üstdə

Qəribə olsa da, təhlükəsiz yatmaq növüdür. Qadınlarda hamiləliyin sonrakı müddətlərində yeganə rahat poza sayılır. Bu vəziyyətdə yatanlarda xorultu da demək olar ki, olmur. Amma 100 faiz sağlam yatmaq pozası deyil. Ürəyə yüklənmə artır, nəfəs almaq çətinləşir. Saç və üz üçün də ən zərərli pozadır.

Əlləri başın altına qoyaraq

Yaxşı yatmaq pozalarındandır. Əsasən uşaqlarda müşahidə olunur. Amma çiyin ağrılarına gətirə bilər. Əzələ və oynaq narahatçılığı da realdır.

Kürəyi üstdə

Ən düzgün yatmaq pozasıdır. Əlləri və ayaqları da açıq saxlamaq lazımdır. Onurğa, ürək, dəri və s. faydaları var. Amma bu da qüsursuz deyil. Nəfəs almaq problemli insanlara belə yatmaq yaramır. İnsanlar daha çox bu vəziyyətdə xoruldayırlar.

Döl kimi

Yəni böyrü üstdə uzanıb dizlərini də başına yaxınlaşdıraraq yatmaq ən populyar və sevimli yatmaq tərzidir. Çünki ana bətnində olarkən bu pozada oluruq. İnsanlar instinkt olaraq özlərini bu vəziyyətdəykən güvəndə hiss edirlər. Çox adam otaq soyuq olanda bu pozaya məcbur qalır. Elmi faydaları isə elə də yoxdur. Onurğaya ziyandır, boyun və çiyin narahatlıqlarına səbəbdir.
Belə çıxır ki, yatmayaq?

Ziyanlı pozalarda yatmaq öyrəncəsi, vərdişi varsa, sağlam yuxunun digər aspektlərinə diqqət yetirmək lazımdır. Söhbət döşək, yastıq, yorğan, temperatur və yataq otağındakı təmiz havadan gedir. Dizin altına xüsusi mütəkkə qoya, ortopedik yastıqdan da istifadə edə bilərsiniz.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO