Qubada silah-sursat aşkarlandı - FOTO

Qubada silah-sursat aşkarlandı - FOTO

Hazırda oxunan: Qubada silah-sursat aşkarlandı - FOTO

0:00
0:00
50210

Hüquq-mühafizə orqnalarının əməkdaşları Qubada silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşları Quba-Qusar yolunun sol tərəfində yerləşən “Gülüstan” gölünün kənarından ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Bundan əlavə olaraq RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO