Nəqliyyata cavabdeh BNA qaydanı necə POZUR? - FOTOFAKT

Nəqliyyata cavabdeh BNA qaydanı necə POZUR? - FOTOFAKT

Hazırda oxunan: Nəqliyyata cavabdeh BNA qaydanı necə POZUR? - FOTOFAKT

50151

Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobilin sürücüsü qayda pozuntusuna yol verib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı foto paylaşılıb.

Görüntüdən məlum olur ki, BNA-ya məxsus avtomobil piyada zolağının üzərində parklanma həyata keçirərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bundan əlavə avtomobili park edərkən qarşısındakı avtomobillə ara məsafəsini də gözləməyib. Nəqliyyata cavabdeh bir qurumun qayda pozması ciddi müzakirələrə yol açıb. 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna görə avtomobilin nəinki keçidin üzərində, onun 5 metrədək yaxınlığında saxlanılması qadağandır. 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, səbəb nə olursa olsun piyada zolağında avtomobili park etmək olmaz:

“Əlbəttə ki, avtomobilin piyada zolağında saxlanılması düzgün hal deyil. Bu piyadaların rahat və maneəsiz hərəkəti baxımından yolverilməzdir. Məsələ araşdırılacaq və belə halların təkrarlanmaması üçün əməkdaşlarla iş aparılacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO