44 günlük müharibədən sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə iş üçün müraciət edənlərin sayı günbəgün artır. Müraciətçilər arasında xanımların da sayı az deyil və buna görə növbəti ildən bu məsələyə baxılacaq.
Bu açıqlamanı Bizim.Media-nın Qərb Bürosuna açıqlamasında ANAMA-nın Təlim və keyfiyyətə təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov deyib.
Onun sözlərinə görə, son zamanlar müraciət edənlər Azərbaycanın müxtəlif şəhər və rayonlarındandır:
“Hazırda 44 müdavim “Humanitar mina axtarma və döyüş sahələrinin təmizlənməsi” kursuna cəlb olunublar. Onlar arasında 10 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısıdır.
Onlar 44 günlük müharibə zamanı real döyüş anları yaşadıqları, mina partlamaları, raket zərbələri gördükləri üçün minaaxtaran kimi daha peşəkar olacaqlarına ümid edirik. 5 həftəlik kursun sonunda həm nəzəri, həm də praktiki imtahanlar keçiriləcək. Yekunda bütün qiymətləri yüksək ballar olan müdavimlər 3 ay sınaq müddətinə daha az təhlükəli sahələrə xüsusi peşəkarların nəzarəti altında işə götürüləcəklər” deyə Musa Məmmədov əlavə edib.
Məqəsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:05 / 10.12.2021
Azərbaycanda xanımlar da mina axtarma kurslarına qatılır - DETALLAR
Hazırda oxunan: Azərbaycanda xanımlar da mina axtarma kurslarına qatılır - DETALLAR
Hazırda oxunan: Azərbaycanda xanımlar da mina axtarma kurslarına qatılır - DETALLAR
50055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.