Şəmkirdə keçmiş vəzifəli şəxs 7 nəfərin pulunu ələ keçirdi

Şəmkirdə keçmiş vəzifəli şəxs 7 nəfərin pulunu ələ keçirdi

Hazırda oxunan: Şəmkirdə keçmiş vəzifəli şəxs 7 nəfərin pulunu ələ keçirdi

50031

Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin sabiq əməkdaşı barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş Razim Əliyevin qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Ədliyyə Nazirliyindən daxil olmuş material və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İbtidai istintaqla Razim Əliyevin 2019-2020-ci illər ərzində həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını mənimsəməsinə, ümumilikdə 7 nəfər şəxsin cəmi 40 min 600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Razim Əliyevə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO