Keçmiş arvadını və onun atasını bıçaqlayan şəxsdən yeni XƏBƏR VAR

Keçmiş arvadını və onun atasını bıçaqlayan şəxsdən yeni XƏBƏR VAR

Hazırda oxunan: Keçmiş arvadını və onun atasını bıçaqlayan şəxsdən yeni XƏBƏR VAR

49982

Ağcabədi rayonunda keçmiş arvadı və onun atasını bıçaqlayan şəxsə cinayət işi açılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dekabrın 9-u saat 14 radələrində Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayan 1984-cü il təvəllüdlü Aynurə Cəfərovaya və onun atası 1958-ci il təvəllüdlü Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1982-ci il təvəllüdlü İlhamiz Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və onun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO